BAYRAQDAR MEDİA – Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən bildirilib.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd edilib.