Press "Enter" to skip to content

Baş katib Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Görüş zamanı

BAYRAQDAR MEDİA – Yanvarın 18-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, professor Eldar Quliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə təşkilatın saytında məlumat verilib.

Bildirilib ki, görüşdə Eldar Quliyev Kubanıçbek Ömüralıyevi TDT-nin Baş katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş katib Kubanıçbek Ömüralıyev də öz növbəsində bu səfərə görə minnətdarlığını ifadə edib. O, təşkilatın son dövrlərdəki fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Görüş zamanı tərəflər qardaş Azərbaycan və Türkiyə dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

TDT-nin Baş katibi sələfinin türk dövlətləri arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərdən bəhs edərək, ona öz təşəkkürünü bildirib.

Mission News Theme by Compete Themes.