BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 18-də Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə səfər edib. O, burada çoxsaylı görüşlər keçirib, müzakirələr aparıb.
Prezidentin Mətbuat xidməti məlumat verib ki, yanvarın 19-da İ.Əliyev Forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. O, burada panel iclası moderatorunun suallarını cavablandırıb.