Son yeniləmə: 19 Yanvar 2023 18:02
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi hazırlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya MEK-dən məlumat verilib.
Bildirilib ki, sərgidə “Qanlı Yanvar”, “Qara Yanvar şəhidləri”, “Yanvar təlatümü”, “Şəhidlər dastanı”, “Şəhidlər”, “Qara gündəlik”, “Erməni lobbisi…Azərbaycan faciəsi”, “20 yaşlı yanvar”, “Şəhidlərimiz – qürur yerimiz”, “20 Yanvar hadisələri. Sənədlər. Mövqelər. Şərhlər. (1990-2000)”, “Qanlı illər”, “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq”, “Dağlıq Qarabağ: tarixi faktlar, hadisələr”, “Şəhid rejissor Azər Nəsiboğlu”, “Erməni təcavüzünün xronikası”, “Tarixin qan yaddaşı” və digər kitablar təqdim olunur.
Məlumata əsasən, nəşrlərdə 1990 və ondan əvvəlki illərdə Azərbaycanda gedən, son nəticədə isə 20 Yanvar hadisələrinə gətirib çıxarmış proseslər təhlil olunur: “Buradaböyük vətənpərvərlik, yurdsevərlik duyğuları ilə qəhrəmancasına həlak olmuş şəhidlər barədə yazılmış oçerklər, həmçinin Qanlı Yanvar hadisələrinin foto şəkilləri, hadisələr zamanı verilmiş əmr, fərman və bəyanatlar əksini tapıb. Kitabxananın fondlarındakı Azərbaycan və xarici dillərdə olan nəşrlərin virtual sərgisi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil edilib”.