Son yeniləmə: 19 Yanvar 2023 10:24
BAYRAQDAR MEDİA – Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günüdür. Hər il faciənin ildöünüm ərəfəsində Azərbaycanda və ölkə xaricində, o cümələdən qardaş Türkiyədə tədbilər keçirilir.
Bu il də 20 Yanvar faciəsinin 33-ci ildönümü ilə əlaqədar Ankarada silsilə tədbilər keçiriləcək. Belə ki, yanvarın 19-da faciəyə həsr edilmiş “Bakı qətliamı” adlı tədbir və sərgi olacaq.
Yerli vaxtla saat 15:00-da Ankara Keçiören Yunus Emre Kültür Mərkəzində başlayacaq tədbirin təşkilatçısı Azərbaycanın qardaş ölkədəki səfirliyi və Türkiyə Politik ve Stratejik Araştırmalar Vaqfidir.
Kırım Haber Ajansının məlumatına görə, səfir Rəşad Məmmədov və Keçiören Bələdiyyə başqanı Turgut Altınokun da qatılacağı tədbirin panel çıxışçıları arasında Ankara Universitetinin müəllimi Prof. Dr. Toğrul İsmayıl, tanınmış alim və diplomat Nəsib Nəsibli, TÜRPAV başqan vəkili Dr. Sinan Demirtürk və araşdırmaşı Selçuk Alkın yer alacaq.
Faciənin 33-cü ildönümü ilə bağlı növbəti tədbir isə yanvarın 20-də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfı – TADİV) Ankaradakı Şuşa Konfrans Mərkəzində keçiriləcək.
Türkiyə Cümhurbaşqanı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar rəhbrəlik etdiyi TADİV-lə yanaşı Azərbaycanın Türkiyədəki səfirliyinin, həmşinin, Gazi Universiteti, Türk Dünyası Uyğulama və Araşdırma Mərkəzi, Türk Dünyası Parlamenterler Vəqfinin, Türkiyə-Azərbaycan Dostluq, Eləm, Təhsil, Mədəniyyət və İqtisadi Əməkdaşlıq Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir iki hissədən – “Azadlığa gedən yolun asimmetrik savaşı” adlı rəsmi hissədən və “Qanlı Yanvar” adlı rəsm sərgisindən ibarət olacaq.
Vəqfdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin də iştirak edəcəyi tədbirin rəsmi hissəində mövzu ilə bağlı çıxış və mühazirələr dinləniləcək. Çıxışlarda sovet hakimiyyətinin son illərində Azərbaycan xalqına qarşı həyata keçirilən düşmənçilik siyasətinin səbəb və məqsədlərindən, eləcə də imperiya rəhbərliyinin xalqımızın milli azadlıq ruhunu boğmaq cəhdindən danışılacaq.