Son yeniləmə: 18 Yanvar 2023 13:00
BAYRAQDAR MEDİA – 2022-ci ilərzində Energetika Nazirliyi və tabeliqurumlara 6 min 733 vətəndaş müraciəti daxil olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, müraciətlərdən 5 min 740-ı müvafiq qaydada icra olunub, 392-si icradadır: “601 müraciət isə məlumat xarakterlidir. Müraciətlər əsasən elektrik enerjisi və təbii qaz təchizatı, elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının vəziyyəti, borc və cərimələr, sayğaclaşma,bərpa olunan enerji, icazələr,işlə təminat,təşəkkür və digər mövzularla bağlı olub”.
Hesabat dövründə Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 254 vətəndaş qəbul edilib və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.