Son yeniləmə: 18 Yanvar 2023 11:08
BAYRAQDAR MEDİA– Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Türkiyəyə səfər edib. Səfər zamanı Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən də qəbul edilən baş nazir həm R.T.Erdoğana, həm də vitse-prezident Fuat Oktaya verdikləri dəstəyə görə təşəkkür edib.
Kibris Turk xəbər verir ki, Baş nazir sosial media hesabından verdiyi açıqlamada Ankaradakı təmaslarını dəyərləndirib: “R.T.Erdoğanla məhsuldar və səmimi görüş keçirdiklərini vurğulayan Baş nazir, “Bu görüşdən sonra çox mühüm addımların atılması ilə bağlı birgə qərarlar qəbul edərək xalqımızla üç yeni mühüm müjdə paylaşdıq. Bu xoş xəbərlərdən birincisi elektrik enerjisinin Türkiyədən kabellə tədarükü layihəsidir. Layihə ilə bağlı bütün işləri yaxın vaxtlarda başa çatdırmaqla, bir növ “Əsrin layihəsi” ilə su problemini həll etdiyimiz kimi, xalqımızın elektrik enerjisi ilə bağlı problemlərini də həll edəcəyik. İkincisi, vətəndaşlarımızın Türkiyədəki səhiyyə sistemindən faydalana bilməsi üçün işə başlayırıq. Nəhayət, Türkiyə Cümhuriyyəti və KKTC-inin əməkdaşlığı ilə sosial mənzil layihələrini ən qısa zamanda reallaşdıraraq gənclərimizin yaşadığı mənzil problemini həll edəcəyik” deyib.