Press "Enter" to skip to content

Pensiya ödənişlərinə 4 milyard manata yaxın vəsait yönəldilib

Son yeniləmə: 18 Yanvar 2023 12:31

BAYRAQDAR MEDİA – 2022-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz (361 mln. manat) çox olmaqla 4 mlrd. 948 mln. manat vəsait yönəldilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin əvvəlindən minimum aylıq pensiya artırılmaqla, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib: “Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilib ki, həmin maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilib. Son bir ildə 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 71 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.

Mission News Theme by Compete Themes.