Son yeniləmə: 18 Yanvar 2023 10:06
BAYRAQDAR MEDİA – Bir neçə gün öncə Monteneqroda siyasi gərginlik baş verib. Ölkə müxalifəti ana vətənlərinin Monteneqro deyil, Serbiya olduğunu bəyan edən bələdiyyə sədrlərinin istefasını tələb edib.
Bu barədə Balkan News məlumat yayıb.
Məlumatda deyilir ki, 2022-ci ilin dekabrında Serbiya parlamentində Monteneqro serblərinin siyasi mövqeyi ilə bağlı keçirilən iclasda iştirak edən altı bələdiyyə sədri vətənlərinin Serbiya, paytaxtlarının isə Belqrad olması barədə bəyanatlar verməkdə ittiham olunurlar.
Müxalifət bu mövqelərinə görə onların istefasını tələb edib. Bildirilir ki, onların hamısı serbyönlü Demokratik Cəbhənin üzvləridir.