BAYRAQDAR MEDİA – Yanvarın 18-də Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşa şəhərinə səfər edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya DTA-dan məlumat verilib. Səfər çərçivəsində Tomas Quqler Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini, icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Novruzovla görüşüb.
Bildirilib ki, səfərin təşkilinin məqsədi qonağı Şuşa şəhərinin tarixi məkanları, əsrarəngiz təbiəti, eləcə də Qarabağın mətbəx nümunələri ilə yaxından tanış etməkdir: “Səfər çərçivəsində Tomas Quqler Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini, icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Novruzovla görüşüb. “Worldchefs” prezidenti “Güllələnmiş heykəllər”, Şuşa qalası, Bülbülün ev-muzeyi və Cıdır düzü ilə tanış edilib”.
Bildirilib ki, ona Qarabağ mətbəxinə aid “Boyanalı aş”ın və milli mətbəximizin şahı hesab olunan “Şah plov”un hazırlanması nümayiş etdirilib: “Tomas Quqler Şuşa şəhərindən ilhamlanaraq kreativ reseptlə yeni yemək hazırlayıb və onu “Şuşalı” adlandırıb”.