Son yeniləmə: 18 Yanvar 2023 10:51
BAYRAQDAR MEDİA – 2022-ci il dekabr ayı ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 45 min 178 müraciət daxil olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 18-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu müraciətlərin 40 min 140-ı canlı rejimdə birbaşa, 5 min 38-i isə səsli menyu vasitəsilə cavablandırılıb: “Araşdırma tələb edən suallarla bağlı müraciət vərəqələri tərtib olunaraq cavablandırılmaq üçün Nazirliyin aidiyyəti qurumlarına göndərilib. Daxil olan müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib”.