Son yeniləmə: 17 Yanvar 2023 16:29
BAYRAQDAR MEDİA – Yaponiyanın paytaxtı Tokioda 2023-cü ilin oktyabr ayından etibarən ikinci doğulan uşaqlara qulluq xidmətləri tamamilə pulsuz olacaq. Bu qərarən qəbuluna səbəb ölkədə doğum səviyyəsinin aşağı düşməsidir.
Kibris Türk xəbər verir ki, Doğu Asiya ölkəsi olan Yaponiyanın 47 əyaləti arasında doğum nisbətinin ən aşağı olduğu paytaxt Tokioda qubernatorluq ikinci uşağa sahib olmağı təşviq edir. Buna görə də ikinci doğulan uşaqlar üçün uşaq baxımı xidmətləri 2023-cü ilin oktyabr ayından etibarən tamamilə pulsuz təmin ediləcək.
Bildirilib ki. ailələrinin gəlir səviyyəsindən asılı olmayaraq 0-2 yaş qrupundakı uşaqları hədəf alacaq tətbiqin ilk mərhələdə 50 min uşağı əhatə edəcəyi təxmin edilir: “İkinci uşağın doğulmasını təşviq etməyi hədəfləyən Qubernatorluq, icra çərçivəsində 2023-cü maliyyə ili büdcəsindən 11 milyard yen (85 milyon dollar) ayıracaq. Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin 2022-ci il məlumatlarına görə, 125 milyonluq ölkənin 75 yaş və yuxarı əhalisi 19,3 milyon, 65 yaş və yuxarı əhalisi isə 36,2 milyon nəfərə çatacaq”.
Məlumatda deyilir ki, Yaponiya cəmiyyətində “qoca” kimi müəyyən edilən 65 və yuxarı yaşda olan əhali sayına görə Yaponiya dünyada birinci, İtaliya 24,1 faizlə ikinci, Finlandiya isə 23,3 faizlə üçüncü yerdədir: “Səhiyyə, Əmək və Rifah Nazirliyinin (MHLW) 2021-ci il məlumatlarına əsasən, ölkədə 100 yaşdan yuxarı əhalinin sayı 86 mini keçib. Artıq 51 ildir ki, bu yaş qrupunda olan əhalini sayı artmaqda davam edir. Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutunun (IPSS) məlumatına görə, 2040-cı ilə qədər 65 və daha yuxarı yaşda olan insanların nisbəti Yaponiyada ümumi əhalinin 35 faizini keçəcək”.