Aleksandr Vuçiç: Xüsusi təyinatlı bölmələri gücləndirmək üçün işlər görürük
BAYRAQDAR MEDİA – Son vaxtlar Balkanlarda hərbi-siyasi vəziyyət yenidən gərginləşib. Məhz bu gərginlik fonunda ayrı-ayrı dövlətlərin ordularının gücləndirilməsi üçün addımalr atılır. Növbəti belə addım Serbiyadan gəlib.
Prezident Aleksandr Vuçiç bildirib ki, Serbiya ordusuna əlavə 5 min nəfər cəlb olunacaq.
Bu xəbəri Anadolu Ajansına istinadən Balkan News yayıb.
Məlumata əsasən, A.Vuçiç bunu paytaxt Belqraddakı Ordu Evində keçirilən, Serbiya ordusunun 2022-ci ildəki fəaliyyəti və vəziyyətinin müzakirə edildiyi görüşdən sonra verdiyi açıqlamada deyib.
Ölkəsinin gələcəkdə yerli istehsal olan pilotsuz uçuş aparatlarına diqqət yetirəcəyinə işarə edən A.Vucic, bu addımın xüsusi təyinatlı bölmələrin gücləndirilməsi məqsədilə atılacağını bildirib: “Xüsusi təyinatlı bölmələri gücləndirmək üçün işlər görürük. Bu çərçivədə 15 fevral Dövlət Günündə xüsusi təyinatlı bölmələrə əlavə 5 min nəfərin cəlb olunması üçün elan verilməsini tələb edəcəm” deyib.
A.Vuçiç müdafiə sənayesini gücləndirmək üçün işlərin görüldüyünü, əsgərlərin əməkhaqqlarının artırılacağını da bildirib.