Son yeniləmə: 17 Yanvar 2023 09:39
BAYRAQDAR MEDİA – 7-ci İstanbul PPP Həftəsi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə nəqliyyat və infrastruktur sahəsində dövlət-özəl tərəfdaşlığına, Türkiyə şirkətlərinin ölkəmizdəki fəaliyyətinə, Azərbaycanda biznes qurmaq istəyən iş adamlarına KOBİA-nın göstərə biləcəyi dəstəyə dair fikir mübadiləsi aparılıb.
Məlumat üçün qeyd edək ki, yanvarın 16-da İstanbulda ənənəvi olaraq keçirilən Dövlət-Özəl Sektor Tərəfdaşlığı (DÖST- PPP) Həftəsi öz işinə başlayıb. Bu il yeddincisi keçirilən İstanbul PPP Həftəsində ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığını təşviq edən KOBİA da təmsil olunur.