Press "Enter" to skip to content

“Masdar” Azərbaycanın güvənilən mühüm tərəfdaşıdır

Görüş zamanı

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovun Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə görüşü olub. Görüş P.Şahbazovun Əbu-Dabi Dayanıqlıq Həftəsində iştirakı çərçivəsində keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 17-də Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, P.Şahbazov dayanıqlı inkişafla bağlı müasir çağırışların mötəbər müzakirə platformasına dəvətə görə təşəkkürünü bildirib: “Tədbirdə Azərbaycan Prezidentinin iştirakının, həmçinin dövlət başçılarının görüşünün ölkələrimiz arasında yüksək münasibətlərin təzahürü olduğu qeyd edilib. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərə strateji əhəmiyyət qazandıran əməkdaşlıq əlaqələrində isə enerjinin mühüm yer tutduğu vurğulanıb”.

Məlumata əsasən, nazir “Azərbaycanın hazırda əsas prioritetizəngin bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin, hidrogenin istehsalı, ölkənin enerji sisteminə inteqrasiyası ilə yanaşı daha çox Avropa bazarlarına nəqli və zəruri infrastrukturun qurulmasına nailolmaqdır. Bu çoxşaxəli fəaliyyətin həyata keçirilməsində“Masdar”bizim üçün mühüm və güvənilən tərəfdaşdır” deyə, əlavə edib.

Bildirilib ki, “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış əməkdaşlıq sənədinin, Azərbaycanın “yaşıl enerji”dəhlizinin mənbəyi olmasını təmin edəcək layihə və tədbirlərin icrası üzrə məsləhətləşmələr aparılır. BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei isə dünyada bərpa olunan enerji güclərinin quraşdırılma tendensiyası, bu sahənin inkişafı üçün zəruri amillərvə ölkəsinin “yaşıl enerji”üzrə hədəflərindən bəhs edib.“Yaşıl enerji”sahəsində beynəlxalq əməkdaşlığın önəmini vurğulayan Suhail Mohamed Al MazroueiAzərbaycanla enerji əməkdaşlığına qardaşlıq kontekstində əhəmiyyət verdiklərini bildirib və ölkəsinin birgə meqa layihələrin reallaşmasına dəstəyini ifadə edib.

Söhbət zamanı, həmçinin beynəlxalq enerji bazarlarında son vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.