Son yeniləmə: 17 Yanvar 2023 14:09
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 23-ü saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.
Bu barədə nazirlikdən BAYRAQDAR MEDİA-ya yanvarın 17-də bildirilib.
Qeyd edilib ki, satış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək və mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.
Həmin mənzillərdən almaq istəyən şəxslər mənzillərlə necə tanış ola, seçə və ala bilər? Bu barədə hazırlanmış tanıtım-izahat məqsədli videoçarxda ətraflı məlumat verilir.