Press "Enter" to skip to content

Fənn olimpiadalarının yarımfinalçıları bəlli oldu

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin min beş yüz iki şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 17-də qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 376 nəfər Azərbaycan dili və ədəbiyyatı, 83 nəfər biologiya, 97 nəfər coğrafiya, 117 nəfər fizika, 85 nəfər informatika, 130 nəfər kimya, 457 nəfər riyaziyyat, 157 nəfər isə tarix fənni üzrə uğurlu nəticə əldə edib: “İştirakçılar müsabiqənin şəhər mərhələsinin nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetlərindən və ya təhsil aldıqları ümumi təhsil müəssisələrindən əldə edə bilərlər”.

Müraciətlər bu elektron ünvana yazılı şəkildə göndərilməlidir”.

Qeyd edilib ki, növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 1-15 fevral 2023-cü il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək: “Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir”.

Mission News Theme by Compete Themes.