Press "Enter" to skip to content

Ekofəalların Laçın yolundakı aksiyasına beynəlxalq medianın münasibəti

Soldan: Azər Həsrət, Ülfət Rəhim, Əvəz Rüstəmov, Yeganə Hacıyeva, Mübariz Əhmədov

BAYRAQDAR MEDİA – 2020-ci il dekabrın 12-dən Laçın yolu üzərində başladılan etiraz aksiyası hər keçən gün daha çox tərəfdar toplayır, diqqət çəkir. Bu baxımdan məsələ geniş müzakirə edilir. Hətta beynəlxalq səviyyədə belə aksiyaya yüksək diqqət var. Lakin təəssüflər olsun ki, bir çox hallarda beynəlxalq media, ayrı-ayrı qurumlar və siyasi xadimlər erməni təbliğatına uyaraq aksiyanın əsl mahiyyətini təhrif edən münasibət sərgiləyir.

Bu və əlaqəli məsələlər AzTV-nin “Çıxışa doğru” verilişində yanvarın 16-da əsas müzakirə mövzusu olub.

Aparıcı Ülfət Rəhimin moderatorluğu ilə təşkil edilən müzakirələrdə Azərbaycan Mətbuat Şurasının (MŞ) icraçı katibi Əvəz Rüstəmov, Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva, MŞ İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət, həmçinin Bakı Slavyan Universitetinin dosenti, müstəqil jurnalist Mübariz Əhmədov iştirak edib.

Dinamik və fikir müxtəlifliyi ilə zəngin müzakirələr zamanı Laçın yolundakı aksiya yerinə canlı bağlantılar olub, oradakı vəziyyətlə bağlı AzTV-nin müxbiri Elnur Tofiqin, həmçinin aksiya iştirakçılarının fikirlərinə yer verilib.

Mission News Theme by Compete Themes.