Son yeniləmə: 17 Yanvar 2023 15:33
BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanlığının Fidan Uşaq Simfonik Orkestri aprel ayında konsertə hazırlaşır. Artıq konserti üçün yeni üzvləri müəyyən məıqsədi ilə 11-17 yaş arası gənclərlə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, Prezidentlikdən verilən açıqlamaya görə, KKTC Prezident Simfonik Orkestrinin koordinatoru Mustafa Kofalı 2022-ci ildə fəaliyyətə başlayan Fidan Uşaq Simfonik Orkestrinin son qəbullar nəticəsində bir az daha böyüdüyünü deyib.
M.Kofalı bildirib ki, Cümhurbaşqanı Ersin Tatarın həyat yoldaşı Sibel Tatarın əhəmiyyət verdiyi bu layihə gündən-günə böyüyür və imkan bərabərliyinin genişlənməsi layihənin ölkədəki gənclər üçün nə qədər doğru olduğunu göstərir.