BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. O, burada BƏƏ Prezidenti ilə görüşüb.
Prezident İ.Əliyev yanvarın 16-da BƏƏ paytaxtında işə başlayan Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılışında iştirak və çıxış edib.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, elə eyni gündə İ.Əliyev səfərini başa çatdıraraq Azərbaycana yollanıb. Onu Əbu-Dabi Prezident Hava Limanında rəsmi şəxslər yola salıb. Yola salma fəxri qarovulun müşayiəti ilə olub.