BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, yanvarın 13-də günün ikinci yarısında güclü külək bir sıra fasadlar törədib. Güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyünün bir hissəsini uçurmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.
Lakin artıq ev-muzeyində küləyin fəsadları tam aradan qaldırılıb. Mədəniyyət Nazirliyindən verilən xəbərdə belə deyilir.
Qeyd edilir ki, Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.