Son yeniləmə: 16 Yanvar 2023 13:27
BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) ötən il ərzində fəaliyyəti çərçivəsində bir sıra mühüm uğurlara imza atıb. Bu barədə qurumun 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair açıqlamasılnda qeyd edilib.
Qurmunun mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya yanvarın 16-da verilən məlumata görə, dəmir yolu infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak daşımaların həcminin artırılmasına və Azərbaycanın tranzit potensialının gücləndirilməsinə önəmli töhfələr verib: “Ötən il yükdaşıma həcminin artımı ilə bağlı tranzit daşımaları 2,9 mln ton artaraq 7,5 mln ton, ümumi daşıma 3,7 mln ton artaraq 18,7 mln ton təşkil edib. Yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub”.
Məlumatda deyilir ki, tranzit daşımaları sahəsində regionun aparıcı tərəfdaşına çevrilməyi qarşısına hədəf qoyan ADY 2022-ci ildə bu sahədə dönüş nöqtəsi yarada bilib.
Belə ki, 2021-ci illə müqayisədə Doğu-Batı dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 mln ton, Quzey-Batı dəhlizi ilə 2 mln ton artaraq 2,9 mln ton olub. Quzey-Güney dəhlizi ilə yükdaşımalarda 90% artım qeydə alınıbr.Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41% təşkil edib.