Press "Enter" to skip to content

20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək

Son yeniləmə: 16 Yanvar 2023 15:09

BAYARQDAR MEDİA – “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmri imzalanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, əmrə əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək: “Həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı konfransların, seminarların, mühazirələrin və “Dəyirmi masa”ların təşkili nəzərdə tutulur. Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq”.

Vurğulanıb ki, qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.

Mission News Theme by Compete Themes.