Press "Enter" to skip to content

Yeddi türk dövlətinin beşlik mesajı

Səmərqənd zirvəsindən xatirə fotosu və beşlik mesajı

Son yeniləmə: 13 Yanvar 2023 15:04

İkinci yazı

Şəmil SADİQ – Özəl olaraq BAYRAQDAR MEDİA üçün

BAYRAQDAR MEDİA – Yuxarıda qeyd etdiyimiz şeirin cavabı mifin özündədir. Bu, xalqın müqəddəs inamlarıyla bağlı olduğunu göstərir. Bunların hamısı əsərlərə edilən düzəlişlərdən sonra ortada qalan sözlərdir. Əminik ki, üst qatı soyundura bilsək, bu beş rəqəminin altında çox sirlərin gizləndiyinin fərqində ola bilərik.

Yeddi türk dövlətinin beşlik mesajı

Beş həmçinin Çin və Fars dünyagörüşündə, xristianlıqda, İslamda, yəhudilikdə, manixeyizm dinində, Pifaqor Ekolunda, Babildə, Misirdə və hinduizmdə, şamanizmdə, mayya və Quzey Amerika qırmızıdərililərində müqəddəs sayılır. Bunlara təsadüf demək olarmı?!

Bilirsinizmi kimyaya görə insan dörd elementdən meydana gəlib? Alimlər müqəddəs beşə çatmaq üçün sirli bir beşinci ünsür əlavə edirdi. Bu beşinci ünsürün həyatın gerçək elementi olduğu düşünülərdi və onun əldə edilməsi isə orta əsrlər kimyagərlərinin başlıca hədəfi idi.

Buddizmdə ürəyin dörd istiqaməti vardır və beşinci olaraq bir mərkəzə malikdir. Bu ümumbəşəriliyin təmsil edilməsidir.

Şəmil Sadiq: Əminik ki, üst qatı soyundura bilsək, bu beş rəqəminin altında çox sirlərin gizləndiyinin fərqində ola bilərik
Şəmil Sadiq: Əminik ki, üst qatı soyundura bilsək, bu beş rəqəminin altında çox sirlərin gizləndiyinin fərqində ola bilərik

Çin dünyagörüşündə beş element, beş atmosfer, beş şərt, beş planet, beş müqəddəs dağ, beş taxıl, beş rəng, beş dad və beş zəhər olaraq özünü göstərir. Bu dünyada bütün həyat beş rəqəminin üzərində qurulmuşdur.
Quzey Amerika qırmızıdərililəri arasında da beş rəqəminin rolu digər xalqlarda olduğu kimidir.

Xristianlıqda da beş rəqəmi xüsusi önəm daşıyır. Qədim türk simvolu hesab edilən xaçın da beş ucu, İsanın beş yarası, Musanın beş kitabı vardır.

Misirdə Nilin beş timsahı vardır. Hindi ənənəsində isə dünyanın beşli qrupları vardır, Şivanın beş üzü və Vişnunun ikimərtəbəli beş reinkarnasiyası vardır.

Qədim Hindistanda beş qoruyucu bir say olaraq olduqca böyük əhəmiyyətə malik idi.

Asteklərdə dörd ucunda və ortasında bir günəş olan, beşgünəşli xaç simvolu vardır – bu ulduz pentaqramdır.
Avropa ənənələrində mükəmməllik ilə, sirlərin yolunu açan açarla və ruhu maddəyə asılı olmaqdan qurtaran mələklə əlaqələndirilir.

Şaman türklərdə isə beş sayının dəmir – paya ulduzunu təmsil etdiyi məlumdur. Mayya və Quzey Amerika qırmızıdərili ənənəsində da bənzər şəkildə müqəddəs bir ulduzu təmsil etdiyi qeyd edilir.

Beş Mayyalar üçün də açar bir ədəddir və bu ənənəsində beşinci günün, yağış yağdıran spiral formalı Tanrının günü olduğuna inanılır. Onlarda beş rəqəmi balıq formalı bir əllə təmsil edilirdi.

Beş sayı ayrıca Manixeyizmdə də əhəmiyyətli rol oynayır, ilk insanın (Bağ Atanın) beş oğlu var, işığın beş elementi (ruh, külək, su, işıq və atəş) qaranlığın beş mənası ilə qarşılaşdırılır. Manixeyistler ayrıca yaşayan Tanrının beş köməkçisinin və ruhları toplayan beş mələyin olduğundan söz açmışlar.

Beş yəhudi ənənələrində gücün və sərtliyin, radikal bir zəkanın rəmzidir.

Beş sayı eyni zamanda kosmik insana işarədir. İnsan qolları açıq vəziyyətdə bir dairə içinə yerləşdirildiyində sinəsinin ortasına eninə və dikinə çəkilən ox bir xaç meydana gətirir. Dünya insan üçün bir xaçdır, yəni bu, dünya kosmik insana dar gəlir mənasını da verir. Bu insan fiquru astrologiyanın da simvoludur. Kabaladakı qarşılığı Adam Kadmondur. Yəni insanın aşan istiqamətini və bu planeti aşma bacarığını təyin kimi Tanrıya tam mənasıyla təslimiyyəti də ifadə edər.

Beş, ümumiyyətlə canlı təbiətdə ortaya çıxan bir ədəddir. Bu səbəbdən də onun qalib gəlməsi baharın təbiətdəki tumurcuqlanmalarına ekvivalentdir. Bu, bizim qədim Novruz bayramımızda da özünü göstərir. Dörd çərşənbədən sonra gələn yeni il, yeni doğuş, bayram günü, təbiətin oyanışı beşinci ünsürdür.

Beş sayının, qolları və qıçları açıq haldakı insan forması nəzərə alınaraq mikrokosmos olan insanın simvolu olduğu qəbul edildiyində bu vəziyyətilə bədənin bir beşbucaqlı təmsil etdiyi də deyilə bilər.

Helenistik dövrdə Baalbək şəhərindəki Venera məbədi beşbucaqlı biçimdəydi. Xristianlıq ortaya çıxdığında Məryəm beşbucaqlı simvolunun və İştarın, Veneranın sifətlərini də boynuna götürmüşdür.

Şəmil Sadiq: Biz birlikdə güclüyük, biz insanlığın tərəfindəyik, biz bütünük
Şəmil Sadiq: Biz birlikdə güclüyük, biz insanlığın tərəfindəyik, biz bütünük

Apollo işıq tanrısı olaraq beş xüsusiyyətə malikdir: hər şeyə gücü çatma, hər yerdə var ola bilmə, hər şeyi bilmə, əbədilik və birlik.

İslami ənənədə dinin beş dirəyi, beş ilahi varlıq, imanın beş şərti vardır. İslamda gündə beş vaxt namaz, imanın və İslamın beş şərti olaraq yer tapar. İslamda beş, Allah sözünün beşinci və əsas hərfi “h”nin ədədi dəyəridir.

Beşuclu ulduz bütünü təşkil etdiyində və eyni zamanda yuxarı dönük olduğunda ruhi həsrəti və təhsili simvollaşdıra bilər. Eynilə dairə kimi beşbucaqlı ulduz da bütünü işarə edər, həmçinin dörd küncə və beşinci olaraq bir mərkəzə sahib olan kvadrat mərkəzin, səma ilə yer üzünün birləşmə nöqtəsinin simvoludur. O eyni zamanda Allahın simvoludur, çünki dörd böyük gücün mərkəzindəkini, onları yaradanı işarə edər.

Beşbucaqlı ulduz, uclarından biri yuxarıda olduqda müsbət, tərs olduğunda isə mənfi olaraq qəbul edilməkdədir. Pentaqram, İştarın insanları pis ruhlardan qoruduğuna inanılan qədim Şərqdə gözmuncuğu kimi istifadə edilərdi. Zaman-zaman Allahın evini İblisdən və ya bədənsiz bəzi varlıqlardan qorumaq üçün orta əsr kilsələrinin divarlarına çəkilərdi. Bir görüşə görə, pentaqram ruhun elementlər üzərindəki suverenliyini ifadə edər, ayrıca hava və su ruhları və torpaqla bağlı bədənsiz varlıqları idarə edə bilmək üçündür.

Və ən əsası Türkiyə bayrağındakı beş güşəli ulduz. Bunun mənası isə mənbələrə görə insanı və türklüyü ifadə edir.

Bütün qeydlərimizi ümumiləşdirsək deyə bilərik ki, beş güşə bütünü təmsil edir ki, məncə türk dövlət başçılarının verməli olduğu bu mesaj bir biləyin bir əli və beş güşəsi də məhz bir kökü ifadə edir. Bu, biz bütünük, biz birik, biz bir ideyaya, törəyə bağlıyıq deməkdir. Bu beş barmaq büküləndə isə dəmir yumruq olur! Amma türk törəsi, Dəmir Yumruğa qədər “ilahi mesajı, insanlığı, sevgini ifadə edən açıq əllə qarşınızdayıq” deyir. Psixologiya, bədən dili elmi də ifadə edir ki, qarşınızdakı insanın əlləri açıq vəziyyətdədirsə, yəni ovuclarının içi görünürsə, o olduğu kimi görünməkdən xoşu gələn, heç nəyi gizlətməyəndir. Üstəlik, ovuclarının içi görünərkən barmaqları da açıqdırsa, yəni barmaqlar arasında açıqlıq varsa, bu insan son dərəcə mərddir!

Bəli, türk dövlətlərinin məhz ali mədəniyyəti, ürfanı və ən əsası gücü simvolizə edən Səmərqənd şəhərindən verilən mesaj “biz birlikdə güclüyük, biz insanlığın tərəfindəyik, biz bütünük” deməkdir! “Bir atanın oğullarıyıq, bir qanın, bir ruhun təmsilçisi və qoruyucusuyuq!”

Mission News Theme by Compete Themes.