BAYRAQDAR MEDİA – Bu günlərdə Rusiyanın Rostov Güney Regional Hərbi Məhkəməsi qanunsuz həbsdə olan Krım tatarları Sərvət Qazıyev, Cəmil Qafarov, Alim Kərimov, Seyran Murtaza və Erfan Osmanovla bağlı qərarını açıqlayıb. Məhkəmə Rusiya işğalçılarının Krım tatarlarına təzyiq etmək üçün hazırladıqları “Hizb-ut-Təhrir işi” çərçivəsində siyasi məhbusların hər birini 13 il ağır həbsə məhkum edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Ruisya tərəfinə müraciət edib. Müraciətdə işğal altındakı Krımda 13 il həbs cəzası alan 5 Krım tatarının azadlığa buraxılması istənilib.
Bununla bağlı açıqlamada, “Biz soydaşlarımızın tezliklə azadlıqlarına və ailələrinə qovuşması üçün lazımi addımların atılmasını gözləyirik. Krım tatar qohumlarımız Cəmil Qafarov, Sərvət Qazıyev, Erfan Osmanov, Alim Kərimov və Seyran Murtazanın bu gün çıxarılan qərarla 13 il həbs cəzası verilməsindən narahatıq”ifadələri yer alıb.
Açıqlamada həbsdə olan Krım tatar fəalların ən qısa zamanda azad edilməsi üçün lazımm olan addımların atılacağına ümid edildiyi bildirilib.