Son yeniləmə: 13 Yanvar 2023 10:21
KKTC-nin qurucu Cümhurbaşqanı Rauf Denktaşın vəfatının 11-ci ildönmüdür
BAYRAQDAR MEDİA – “KKTC-nin iqtisadi gücü, siyasi statusu və müstəqilliyi ilə daha da güclınməis üçün var gücümüzlə işləməyə davam etmək gələcək nəsillərə və liderimiz Rauf Denktaşın qoyub getdiyi miras qarşısındakı ən mühüm məsuliyyətimizdir”.
Bu sözlər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın vəfatının 11-ci ildönümü ilə bağlı yaydığı mesajda öz əksini tapıb.
KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumat görə, mesajda, “Kıbrıs türklərinin suverenliyini dövlətimiz Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə taclandıran qurucu Cümhurbaşqanımız Rauf Raif Denktaşın vəfatının 11-ci ildönümündəyik. Onu hər keçən gün rəhmət, minnət və böyük həsrətlə yad etməklə yanaşı, onun bizə qoyub getdiyi ən böyük miras olan dövlətimizin və suverenliyimizin qorunmasının vacibliyini dərk edir və qətiyyətlə onun yolunu davam etdiririk” sözləri də öz əksini tapıb.
Qeyd edilib ki, Rauf Denktaş ömür boyu yorulmaz zəhmət və tər tökərək milli şüur aşılayıb, ictimai mənsubiyyəti gücləndirib, bir toplumu dövlətli xalqa çevirib: “Unutmaq olmaz ki, dövləti və suverenliyi olmayan xalqlar öz azadlığını və müstəqilliyini itirərək başqa xalqların quluna çevrilirlər. Tarix bunun nümunələri ilə doludur”.
E.Tatarın mesajında həmçinin, “Kıbrıs türkü bu il 40 yaşını qeyd edəcəyi suveren dövlətində şərəfli və azad bir xalq kimi yaşamağın fəziləti ilə Rauf Denktaşın, Dr. Küçükün və Mücahid Kıbrıs Türkünün bizləri buraxdığı mirası daha da daşımaq əzmindədir” sözləri də qeyd edilib.
Xatırladaq ki, 1924-cü il yanvarın 27-də Kıbrısda Aybifan kəndində anadan olan Rauf Raif Denktaş uşaqlığının ilk saatlarında anasını, 15 yaşından sonra isə atasını itirib. 1947-ci ildə İngiltərədə təhsilini başa vurub Kıbrısa döndüyü andan xalqının azadlığı uğrunda açıq və gizli fəaliyyətlər göstərib.
1949-cu ildən 1953-cü ilə qədər hüquq-mühafizə orqanlarında çalışıb. Rəsmi vəzifədən ayrılandan sonra Kıbrıs Türk Kurumları Federasiyasının başqanlığına seçilib. 1960-cı və 1970-ci ildə Türk Cəmaət Məclisinin başqanı seçilib, Kıbrıs Barış Hərəkatının ardından 1975-ci ildə Kıbrıs Türk Federal Dövlətinin elanını təşkil edib.
1985-ci ildə KKTC-ni elan edərək, bu ölkənin qurucusu və ilk Cümhurbaşqanı kimi tarixə düşüb. 2005-ci ilə qədər Cümhurbaşqanı olan Rauf Denktaş həmin il keçirilən prezident seçkilərinə qatılmamaq qərarına gəlib.
R.Denktaş 13 yanvar 2012-ci ildə 88 yaşında orqan çatışmazlığı diaqnozu ilə müalicə aldığı xəstəxanada vəfat edib. Ölümündən sonra Türkiyədə və KKTC-də milli matəm elan edilib və 17 yanvar 2012-ci ildə dövlət mərasimindən sonra Lefkoşadakı Cümhuriyyət parkında dəfn edilib.
KKTC və Türkiyədə hər il yanvarın 13-də Rauf Denktaşın vəfatı ilə bağlı anım mərasimləri keçirilir.