Press "Enter" to skip to content

Air Anka ilk uçuşunu uğurla tamamlayıb

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə daha bir hava yolu şirkəti fəaliyyətə başlayıb. 2022-ci ilin yayında Mülki Aviasiya Baş İdarəsindən yükdaşıma lisenziyası alan Air Anka şirkəti sərnişindaşıma lisenziyasını da ötən həftənin sonu alıb. Şirkət artıq ilk sərnişin uçuşunu həyata keçirib.

Air Ankanın ilk sərnişinləri Survivor Türkiyə yarışmasının komandası olub

Air Anka ilk uçuşunu Dominikan Respublikasına (La Romana) edib. Şirkətin təyyarəsi artıq geri qayıdıb və təhlükəsiz şəkildə İstanbul Beynəlxalq Hava Limanına (IGA ) eniş edib.

Şirkətin uçuş heyəti
Şirkətin uçuş heyəti

Bu barədə BAYRAQDAR MEDİA-ya şirkətdən məlumat verilib.

Məlumatda deyilir: “ATA81 adlı təyyarəmiz TZ-702 çağrı adı və TC-NYP quruq adı ilə uçuşunu 13.04 saatda tamamladı. 6 ay əvvəl yükdaşıma, bu yaxınlarda isə sərnişindaşıma lisenziyasını alan Air Anka Hava Yollarının məqsədi bütün qitələrə türk bayrağı altında həm həm sərnişin, həm də yükdaşımanı həyata keçirməkdir”.

Şirkət Survivor Türkiyə yarışmasının nəqliyyat sponsorudur
Şirkət Survivor Türkiyə yarışmasının nəqliyyat sponsorudur

Qeyd edək ki, şirkət və həyata keçirdiyi reyslər haqqında ətraflı məlumatı bu saytdan almaq olar.

Mission News Theme by Compete Themes.