Son yeniləmə: 12 Yanvar 2023 14:59
BAYRAQDAR MEDİA – 2022-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) müxtəlif müəssisələrdə 104 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmət tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin hər biri əvvəlki işlərinə bərpa etdiriliblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 12-dənazirlikdən məlumat verilib.
Bildirilib ki, həmçinin son bir ildə işəgötürənlər tərəfindən 628 min manatdan çox məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub: “Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 95 faizini əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar təşkil edib”.