Son yeniləmə: 12 Yanvar 2023 10:14
BAYRAQDAR MEDİA – Azərbaycanın Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarıın 12-də Azərbaycanın Kubadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident Migel Dias-Kanel Bermudeslə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Kuba Prezidentinə çatdırıb: “Dövlətimizin başçımızın salamlarına görə minnətdarlığını bildirən Migel Dias-Kanel Bermudesə öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. Kuba Prezidenti 2019-cu ildə Qoşulmama Hərəkatının (QH) Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərini məmnunluqla xatırlayaraq, Azərbaycanı təşkilatda uğurlu sədrliyi münasibətilə təbrik edib”.
Migel Dias-Kanel Bermudes Azərbaycanın Kubada səfirlik təsis etməklə bağlı qərarından məmnun olduqlarını bildirib: “Söhbət əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”.