BAYRAQDAR MEDİA – Qardaş Özbəkistan 2022-ci ilin ilk 10 ayı ərzində 16 ölkəyə qarpız və yemiş ixrac edib. Bu ixracdan ümumilikdə 33,2 mln dollar gəlir əldə edilib.
Bu haqda xəbəri yanvarın 12-də Orta Asiya Beynəlxalq İnstitutunun direktoru Vladimir Norov özünün sosial media hesabında paylaşıb.
V.Norov Özbəkistan Dövlət Statistika Komitəsinə istinadla bildirib ki, ümumilikdə 135,8 min ton qarpız və yemiş ixrac edilib. Bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 53,8 min ton artıqdır.
O da qeyd edilib ki, Özbəkistanın qarpız və yemiş ixracında ən öndə gedən ölkələr Qazaxıstan (58,2 min ton), Rusiya (28,1 min ton), Qırğızıstan (27,2 min ton) və Tacikistan (14,5 min ton) olub.
Özbəkistan uzaq xaricə də qarpız və yemiş satıb. Bu sırada Latviya 2,8 min tonla ən diqqət çəkən alıcıdır.