Son yeniləmə: 12 Yanvar 2023 13:24
BAYRAQDAR MEDİA – Yanvarın 12-də Lefkoşada “Milli mübarizə və Kıbrıs türkləri” sərgisi açılır. Yerli vaxtla saat 15:00-da açılışı olacaq sərgi 1914-cü ildə başlayan və Türkiyə Cümhuriyyətinin elanına qədər davam edən milli mübarizə dövründə Kıbrıs türklərinin yaşamından, mübarizəsindən bəhs edir.
Kıbrıs Türk Vəqfləri İdarəsindən verilən məlumata görə, saat 15.00-da açılacaq sərgidə Qurtuluş Savaşı və bu döyüşdə iştirak edən Kıbrıs türkləri, Türkiyə Cümhuriyyətinin elanı, Kıbrısa göndərilən türk əsgərlərinə Kıbrıs türklərinin dəstəyi ilə bağlı tarixi materiallar və bütün bu hadisələrə şahidlik edənlərin xatirələri yer alacaq.
Sərgi ilə bağlı açıqlamalar verən Kıbrıs Türk Vəqfləri İdarəsinin baş direktoru Prof.Dr. İbrahim Benter Kıbrıs türklərinin qayıq və gəmilərlə Anadoluya getdiyini və milli mübarizəyə dəstək verdiklərini bildirib: “Türkiyədə təhsil alan Kıbrıs türklərinin cəbhəyə gedib döyüşdüyünü qeyd edərək, Qurtuluş Savaşında çoxlu sayda kıbrıslı türkün şəhid olduğunu qeyd edib.
Milli mübarizəyə dəstək verən kıbrıslı türk qadınlarının da ən qiymətli əşyalarını sataraq qazandıqları gəliri Anadoluya göndərdiklərini ifadə edən İ.Benter, “Üstəlik, bir çox zəngin Kıbrıs türkü də mübarizəyə töhfə verdi və bütün məscidlərdə pul toplayaraq cəbhəyə göndərdilər”
Kibris Postasi xəbər verir ki, 6 ay davam edəcək sərgidə bir çox önəmli sənəd və məlumatlar ilk dəfə ictimaiyyətlə təqdim ediləcək.