Son yeniləmə: 12 Yanvar 2023 16:17
BAYRAQDAR MEDİA – Son günlər Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) hökumətin buraxılacağına dair şaiyələr yayılıb. Lakin yanvarın 11-də bir araya gələn hökumət ortaqları bu şaiyələri yayanlara tutarlı cavab veriblər.
İclasdan sonra mətbuata açıqlama verən nəqliyyat naziri, YDP Genəl başqanı Erhan Arıklı, hökumət ortaqlarının uzunmüddətli fəaliyyət üçün yol xəritəsini müəyyən etdiklərini bildirib. O, “bəlkə də bu qərarımız birilərini üzəcək, amma dayanmaq yox, yola davam” deyib.
Kibris Türk xəbər verir ki, E.Arıklı iclasda ətraflı müzakirələr aparıldığını da bildirib. O, həmçinin, Baş nazir Ünal Üstelin guya səhhəti ilə əlaqədar istefa verəcəyi xəbərlərinin də əsassız olduğunu deyib.
İclasda yerli seçkilərin nəticələrini də müzakirə edildiyini vurğulayan E.Arıklı, “ortada bir seçki uğuru olmadığı kimi, iddia edildiyi kimi seçki uğursuzluğu da yoxdur” deyib.