BAYRAQDAR MEDİA – Yanvarın 11-də xarici işlər naziri Ceyhun Bayramov ilə qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər: “Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”.