Press "Enter" to skip to content

Keçmiş xarici işlər naziri institut direktoru oldu

Orta Asiya Beynəlxalq İnstitutu

Son yeniləmə: 11 Yanvar 2023 09:35

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Özbəkistanın xarici işlər naziri Vladimir Norov 2022-ci ilin sonunda vəzifəsindən azad edilmişdi. Onun yeni işə təyinat almasıyla bağlı azad edildiyi bildirilirdi. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da onunla telefon əlaqəsi saxlayıb yeni işində uğurlar diləmişdi. Lakin bu yeni işin nədən ibarət olduğu açıqlanmırdı.

Qardaş Özbəkistan xarici işlər nazirini dəyişib

Bugünlərdə bəlli olub ki, V.Norov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Fərmanı ilə OABİ – Orta Asiya Beynəlxalq İnstitutunun (MOXİ – Markaziy Osiyo xalqaro instituti) direktoru təyin edilib. Bu haqda məlumatı yanvarın 10-da V.Norov özünün sosial media hesablarında paylaşıb.

“2022-ci ilin 30 dekabr günündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Fərmanı ilə Orta Asiya Beynəlxalq İnstitutunun direktoru təyin edilmişəm. Biz bundan sonrakı məhsuldar işbirliyi üçün tam ümidliyik”, – deyə V.Norov yazıb.

https://twitter.com/VladimirNorov/status/1612844880400683013?s=20

Qeyd edək ki, keçmiş nazirin başçılıq etdiyi İnstitut Orta Asiya dövlətləri və xalqları ilə bağlı araşdırmalar aparacaq, münasibətlərin daha da möhkəmləndirilməsi üçün elmi təkliflərlə çıxış edəcək.

İnstitutun binası
İnstitutun binası
Mission News Theme by Compete Themes.