BAYRAQDAR MEDİA – Yanvarın 11-də Prezident İlham Əliyev İsraildə Azərbaycan səfirinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamla Muxtar Məmməd oğlu Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Əlavə edək ki, bu, Azərbaycanın müstəqilliyi dönəmində dost İsrailə təyin etdiyi ilk səfirdir. İki ölkə arasında münasibətlər həmişə çox yüksək səviyyədə olsa da Azərbaycan müəyyən səbəblərdən İsraildə səfirlik açmırdı. Artıq səfirliyin açılması məsələsi həll edilib və səfir təyin edilib. Bu isə dost dövlətlər arasında münasibətlərin daha üstün mərhələyə daşınması deməkdir.
Onu da qeyd edək ki, İsrail Azərbaycanın səfirlik açmaq qərarını məmnunluqla qarşılayıb.