Son yeniləmə: 11 Yanvar 2023 15:09
Osman Zolan: Tariximizi bilsək, hədəfimizi də bilmiş olarıq
BAYRAQDAR MEDİA – 1148-ci ildə Denizlidə baş verən və Anadolunun türk vətəni olmasında böyük əhəmiyyəti olan Kazıkbeli döyüşünün 875-ci ildönümü qeyd edilib. Denizli Böyükşəhər Bələdiyyəsi bununla bağlı anma proqramı təşkil edib.
Denizli Böyükşəhər Bələdiyyəsindən verilən məlumata görə, 1148-ci il yanvarın 7-8-də alman və fransız ordularından ibarət II Səlib yürüşünə qarşı tarixi qələbənin anım proqramı Cankurtaran Milli Parkı Piknik Sahəsində keçirilib.
Programa Denizli Böyükşəhər Bələdiyyə başqanı Osman Zolan, Pamukkale Kaymakamı Uğur Bulut, Pamukkale Bələdiyyə başqanı Avni Örki, Denizli Yörükleri Derneği, Denizli Efeleri Kültür və Yardımlaşma Derneği, qazilər və vətəndaşlar qatılıb.
Məlumata görə, proqram Denizli Böyükşəhər Bələdiyyəsinin Mehtaran Orkestrinin ifasında qəhrəmanlıq marşları müşayiəti ilə şəhidlərə ehtiram yürüşü ilə başlayıb: “Mərasim sahəsinə qədər davam edən yürüşdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni oxunub.
Sonra mərasimi giriş sözü ilə açan Türk Ocağı Denizli şöbə başqanı , O. Zolan’a bu etkinlik için teşekkür edib:“Denizlidən başqa ərazisində birdən artıq səlib yürüşü keçirilən şəhərin olduğunu xatırlamıram. Son illərə qədər bu cür tarixi anım və bayram proqramları keçirmirdik. Ancaq bu gün bələdiyyəmizin töhfələri ilə bu proqramlar daha möhtəşəm olub”.
Pamukkale Bələdiyyə başqanı Avni Örki, Kazıkbelinin bu coğrafiyanın türk vətəni olması üçün bir möhür olduğunu ifadə edərək, “Bizlərə buranı vətən edən əcdadlarımızın gələcək nəsillərə tanıdılması üçün bu cür rəsmi proqramlar çox vacibdir. Denizli Böyükşəhər Bələdiyyə Başçılığımızın bu cür tədbirlərlə tariximizi sonrakı nəsillərə çatdırmaq üçün böyük əməyi var. Ona çox təşəkkür edirəm. Atalarımızdan bizə qalan bu torpaqda nöbətimiz davam edir” deyib.
Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan isə proqramda iştirakın çox dəyərli olduğunu ifadə edib: “Təəssüf ki, 15-20 il əvvəl Denizli tarixi olmayan, kimsəsiz bir şəhər kimi idi. İctimai rəydə Miryokefalon döyüşü, Kazıkbeli döyüşü və 15 May Milli Mübarizə Günü bilinmir və danışılmırdı. Denizli türk vətəni olduqdan sonra onun düşmən tərəfindən işğal edilmədiyi məlum deyildi. Bunları uşaqlarımıza, gələcəyimizə anlatmalıyıq. Tariximizi bilsək, hədəfimizi də bilmiş olarıq”.
Çıxışlardan sonra O.Zolan və onu müşayiət edənlər ənənəvi yay ilə hədəf lövhəsinə ox atıblar.
Rəngarəng görüntülərin yaşandığı proqramda yörük çadırını da ziyarət edən O.Zolan vətəndaşlarla çoxlu xatirə fotoşəkilləri çəkdirib.