BAYRAQDAR MEDİA – Hazırda Türkiyədə dünyanın 180 ölkəsindən 15 minə yaxın burslu xarici tələbə təhsilini davam etdirir.
Bunu qardaş Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) başqanı Abdullah Eren
bildirib.
YTB saytının məlumatına görə, o, qeyd edib ki, hər il təxminən 170 min xarici tələbə Türkiyədə təhsil almaq üçün müraciət edir.
A.Eren 1940-cı illərdən bu yana Türkiyə ali təhsil müəssisələrindən təxminən 200 min xarici ölkə vətəndaşının burslu oxuyaraq, məzun olduğunu və onların həm öz ölkələrinə, həm də Türkiyə ilə ölkələri arasındakı münasibətlərə mühüm töhfələr verdiklərini vurğulayıb. Həmin məzunlarla əlaqələri pozmadıqlarını deyən YTB başqanı, əlaqələri davam etdirmək üçün Türkiyə Məzunları Dərnəklərinin yaradıldığını sözlərinə əlavə edib.
A.Eren Türkiyənin məzunlarının dünyanın müxtəlif ölkələrində vəzifələrdə çalışdığını və bu vəziyyətin onları çox sevindirdiyini bildirib.