Son yeniləmə: 10 Yanvar 2023 13:58
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Palandöken Bələdiyyəsi Anadolunun mədəni və sənət dəyərlərini erzurumlulara təqdim etməyə davam edir.
Bu barədə Kars Manşet məlumat yayıb.
Məlumatda deyilir ki, Erzurumu türküləri ilə tanıdan və əyalət musiqi mədəniyyətinə xüsusi dəyər qatan İbrahim Erkalı vəfatının ildönümü münasibətilə yaddaqalan tədbir keçirən Palandöken Bələdiyyəsi bu dəfə ustad sənətkar Neşet Ertaşı anıb.
Bildirilib ki, Palandöken Bələdiyyəsi türk xalq musiqisinin ən böyük ustadlarından olan Neşet Ertaş üçün “Bozkırın Tezenesi” adlı anma konserti təşkil edib: “Efkan Ala Mədəniyyət Mərkəzində baş tutan və Palandöken Belediye Başkanı Muhammet Sunarın ev sahibliyi etdiyi konsertdə yerli rəsmilər də iştirak edib. Palandöken Bələdiyyəsi Türk Musiqisi Ansamblının səhnəyə çıxdığı konserti dirijor Selçuk İçoğlu idarə edib. Zalı dolduran vətəndaşlar konserti böyük maraqla izləyiblər”.
Qeyd edilib ki, duyğulu anlar yaşanan konsertdə Palandöken Bələdiyyə Başçısı Muhammet Sunar təbrik nitqi söyləyib: “Türkmən Abdal mədəniyyətinin və musiqi ənənəsinin son böyük nümayəndəsi Neşet Ertaşın Anadolunun unudulmaz səsi, bu coğrafiyaya xüsusi dəyər qatan görkəmli sənətkar olduğunu qeyd edən M.Sunar, “Ahi Evranın nəslindən olan mərhum Neşet Ertaşı Efemizin nəvələri ilə görüşdürdük. Tədbirimizdə əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir, Ertaşı rəhmətlə yad edirik” deyib.