Press "Enter" to skip to content

“Məktəbdə…” növbəti görüş Mirşahin Ağayevlə olacaq

Mirşahin Ağayev

Son yeniləmə: 10 Yanvar 2023 11:43

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü yanvarın 11-də Bakı şəhərindəki 118 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Real Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev olacaq: “Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək. Layihənin informasiya dəstəkçisi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. Görüşü, həmçinin Baku TV onlayn televiziyası da işıqlandıracaq”.

Mission News Theme by Compete Themes.