Press "Enter" to skip to content

KKTC-nin beynəlxalq platformalarda yer alması vacibdir

Görüş zamanı

Mustafa Şentop: Biz KKTC-nin Türk Dövlətləri Parlament Assambleyasında iştirakını dəstəkləyirik

BAYRAQDAR MEDİA – KKTC-nin Cümhuriyyət Məclisinin sədri Zorlu Töre Asiya Parlament Assambleyasının 13-cü Baş Assambleyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Gündem Kibirs bu məlumatı Cümhuriyyət Məclisinə istinadən yayıb.

Məlumata görə, M.Şentop çıxışına Z.Törə və rəhbərlik etdiyi nümayəndə heyətini Antalyada qəbul etməkdən məmnunluğunu ifadə etməklə başlayıb. O, həmçinin, KKTC-də keçirilən seçkilər münasibətilə təbriklərini çatdırıb.

Görüşdə KKTC-nin beynəlxalq arenada tanınması üçün atılan addımlardan bəhs edilib.

M.Şentop parlament platformalarının və bu platformalarda həyata keçirilən diplomatiyanın əhəmiyyətinə, KKTC və Cümhuriyyət Məclisinin beynəlxalq platformalarda yer almasının faydalarına da toxunub. O, deyib ki, Cümhuriyyət Məclisinin Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Parlamentlərarası Birlik kimi beynəlxalq platformaların işində iştirak etməsi son dərəcə vacibdir.

KKTC-nin müşahidəçi üzv kimi Türk Dövlətləri Təşkilatına (TDT) qatılmasının mühüm başlanğıc olduğunu bildirən TBMM sədri, “Eynilə, biz KKTC-nin Türkiyə Dövlətləri Parlament Assambleyasında iştirakını dəstəkləyirik” deyib.

Mission News Theme by Compete Themes.