BAYRAQDAR MEDİA – Bolqarıstanda siyasi böhran davam edərkən, 240 deputatdan ibarət parlamentdə 53 mandata malik Dəyişikliyə Davam Et (PP) partiyası hökumət qura bilməyib.
Bu barədə Balkan News məlumat yayıb.
Məlumatda deyilir ki, keçmiş təhsil naziri Prof. Nikolay Denkov hökumət qurmaq üçün parlamentdəki digər partiyalardan lazımi dəstəyi ala bilmədiyini bildirib.
Daha öncə ölkəni 2021-ci ilə qədər 12 il idarə edən və parlamentdə 67 deputatla ən böyük qrup olan keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar Partiyası (GERB) da hökumət qura bilməyib.
Prezident Rumen Radev konstitusiya proseduruna uyğun olaraq, ölkəni siyasi böhrandan çıxarmaq üçün 7 siyasi partiyanın təmsil olunduğu parlamentdə hökumət qurmağı başqa partiyaya həvalə edəcək. Partiyalar arasında siyasi qarşıdurma səbəbindən bu cəhd uğursuz olarsa, prezident parlamenti buraxacaq və növbədənkənar seçkilərin tarixini açıqlayacaq.
Siyasi böhran davam edərsə, martda yeni növbədənkənar seçkilərin keçiriləcəyi gözlənilir. Bolqarıstanda 2021-ci ildən sonra 5 dəfə seçki keçirilsə da siyasi böhran öz həllini tapmır.