BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) başqanı Abdullah Eren İraqa səfər edib. Səfər zamanı bir sıra yaddaqalan görüşlər keçirilib.
Gençler varsa umut hep var!
Bir grup genç #Musul’da DEAŞ saldırılarıyla harabeye dönen eski bir evi kiralayıp;Beytune Kültür Merkezi’ne dönüştürmüş.
Bu akşam biz de oradaydık.Türkiye’de okumuş ve inşallah Musul’u,Irak’ı yeniden kalkındıracak kardeşlerimizle halleştik,söyleştik. pic.twitter.com/GyBmVK72ak
— Abdullah Eren (@abdullah_eren) January 8, 2023
Eyni zamanda, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi Başqanlığının (YTB) dəstəyi ilə İraqın paytaxtı Bağdadda Türkiyə məzunlarının görüşü keçirilib.
Tədbirdə bakalavr, magistr və doktorantura səviyyələrində təhsil almış İraqlı məzunlar iştirak edib.
YTB-dən verilən məlumata görə, Türkiyənin Bağdaddakı səfirliyinin ev sahibliyi etdiyi tədbirdə YTB başqanı Abdullah Eren, Türkiyənin Bağdaddakı səfiri Ali Rıza Güney və İraq Türkmən Cəbhəsinin (İTC) sədri Hasan Turan iştirak ediblər.
Başda Bağdad, Kərkük, Mosul və Ərbildən olan türk məzunlarla görüşməkdən çox xoşbəxt olduğunu dilə gətirən A.Eren, “Biz məzunlarımızla daha yaxşı əlaqə və ünsiyyət yaratmaq üçün 30 ölkədə 34 dərnək yaratmışıq. Bizim İraqın Ərbil şəhərində dərnəyimiz var. Biz İraqda dərnəklərin sayını artırmağı planlaşdırırıq. Paytaxt Bağdad və Kərkükdə dərnəklər açmağı planlaşdırırıq” deyib.
A.Eren iraqlı tələbələrin 1940-cı illərdən Türkiyədə təhsil almağa başladığını bildirib: “İraqda 3000-ə yaxın məzunumuz var”.
Tədbirdə İraq Türkmən Cəbhəsinin sədri Hasan Turan və Türkiyənin Bağdaddakı səfiri Ali Rıza Güney də çıxış edib.
#YTB Başkanı @abdullah_eren ve beraberindeki heyet, #Irak temasları kapsamında;
Musul Başkonsolosluğu’nda (@TCMusulBK) Irak Türkmen Cephesi Musul ve Telafer temsilcileriyle bir araya geldi. pic.twitter.com/q6WWxkJjsC
— YTB (@yurtdisiturkler) January 8, 2023