Press "Enter" to skip to content

Milli Məclisin nümayəndə heyəti Türkiyədə

BAYRAQDAR MEDİA – Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak etmək üçün yanvarın 8-də qardaş Türkiyənin Antalya şəhərinə işgüzar səfər edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətini Antalya hava limanında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin APA-nın 13-cü plenar sessiyasında çıxışı, həmçinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.