BAYRAQDAR MEDİA – Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Bildirilir ki, İ.Əliyev mərasimdə çıxış edib.
Daha sonra Azərbaycanda idmanın inkişafında xidməti olan idmançılar və idman mütəxəssisləri mükafatlandırılıb. Prezident İ.Əliyev 2022-ci ildə yüksək uğurlar qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
Yeni mənzil alanlar:
Dadaş Dadaşbəyli
Ruslan Lunyov
Əli İbrahimov
Tahir Baxşıyev
Tayfur Əliyev
İlham Məmmədov
Təbriz Həsənov
Ağahüseyn Mustafayev
Sənan Süleymanov
Taleh Məmmədov
Ramazan Muradov
Yaylagül Ramazanova
İrina Zaretska
Fəxrəddin Quliyev
Südeif Quliyev
Elvin Astanov
Ramil Mahmudov
Billurə Eminova
Rəhim Qasımov
Cavad Ağayev
Asif Həsənov
Şəfəq Kərimova