Son yeniləmə: 9 Yanvar 2023 16:48
BAYRAQDAR MEDİA – “Filmdəki çətin həyat mübarizəsi ilə Kıbrıs pr türklərinin mübarizəsi böyük ekranda bir daha ölməzliyə qovuşdu”.
Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar AK Partiya İstanbul millət vəkili vəkil Serkan Bayramın həyatından bəhs edən “Buğda dənəsi” filminin nümayişindən öncəki çıxışında deyib.
KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məluymata görə,
E.Tatar çıxışında belə mənalı bir filmə baxa bilməkdən xoşbəxt olduğunu dilə gətirib. O, AK Parti İstanbul millət vəkili vəkil Serkan Bayramın əsl adının Şahin olduğunu deyib. Cümhurbaşqanı S.Bayramın dayısnın 1974-cü ildə Kıbrıs Barış Hərəkatına qatıldığını, orada qazi olduğunu və bundan sonra adının dəyişdirilərək Serkan olduğunu bildirib.
“Buğda dənəsi”nin hekayəsi əslində Kıbrısdan başlayır” deyən E.Tatar, bu filmin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib.