Press "Enter" to skip to content

2 yaşlı portal

Son yeniləmə: 9 Yanvar 2023 13:10

BAYRAQDAR MEDİA – 8 yanvar 2021-ci il tarixində “YAŞAT” Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 9-da ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, bu günə qədər Çağrı Mərkəzinə 155 mindən çox vətəndaş zəngi daxil olub: “Şəhidlərin ailə üzvlərinin və yaralıların ümumilikdə 28 minə yaxın müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib. Bunların 12 minə yaxını şəhidlərimizin ailə üzvlərinin, 16 mindən çoxu isə yaralılarımızın müraciətləridir. Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir”.

O da qeyd edilib ki, “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır: “Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb”.

Mission News Theme by Compete Themes.