BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertoğruloğlu Kıbrısdakı federasiya tərəfdarlarına və Rum Administrasiyasının silahlanmasına sərt reaksiya verib.
Kırım Haber Ajansının xəbərinə görə, parlamentdəki çıxışında o, KKTC-nin dövlət statusu, iki dövlət həlli və Türkiyənin roluna diqqət çəkib. Nazir, “Bu coğrafiyada Kıbrıs türkləri 90 milyonluq türk millətinin ayrılmaz bir parçasıdır” deyib.
T.Ertoğruloğlu parlamentdəki çıxışında rum tərəfinin Kıbrıs türklərinə qarşı sərgilədiyi mövqeyə də etiraz edib: “Bizim arxamızda anavətənimiz var. Nə bizim, nə də ana vətənin siyasəti bu adada yunanları özünə tabe etmək deyil. Bu, adada iğtişaş yaratmaq siyasəti deyil”.