Press "Enter" to skip to content

Bosniya və Herseqovinada təxribat ola bilər

Son yeniləmə: 7 Yanvar 2023 12:27

BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinada Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilmiş “9 Yanvar Serb Respublikası Günü”nün qeyd edilməsindən əvvəl təxribatla bağlı narahatlıq var.

Bu barədə Balkan News məlumat yayıb.

Bildirilib ki, Sarayevonun şərqində keçiriləcək qondarma hərbi parad və Bosniyanın bəzi QHT-lərin avtomobillərin keçməsinin qarşısını almaq üçün barrikadalar qurmağa çağırması təxribat narahatlıqlarına səbəb olub: “Yerli media, müharibə cinayətkarı Ratko Mladiçin fotosunun bayram hazırlıqları çərçivəsində serb veteranlarının istifadə etdiyi binada asıldığını, kanadalı serb rejissor Boris Malaqurskinin çəkdiyi serblərin azadlıq mübarizəsindən bəhs edən filmin isə göstəriləcəyini bildirilib”.

Məlumata görə, Bosniya və Herseqovina üzrə Ali Nümayəndə Kristian Şmidt Bosniya serb liderlərinə məktub yazaraq, 9 yanvar aksiyasının konstitusiyaya zidd və bölücü xarakter daşıdığını qeyd edib.

Mission News Theme by Compete Themes.