Zorlu Töre: KKTC milli dövlət olaraq yoluna davam edəcək
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin parlamentində Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrlə parlament dostluq qrupları yaradılıb.
Öz növbəsində məsələyə münasibət bildirən KKTC parlamentinin sədri Zorlu Töre bunu türk bilriyinə inteqrasiya yolunda atılmış mühüm addım kimi dəyərləndirib.
Star Kibris xəbər verir ki, TRT Haber-yə verdiyi açıqlamada Z.Törü KKTC-nin TDT-yə müşahidəçi üzv qəbul edilməsi ərəfəsində cərəyan edən proseslərə də toxunub. O, bundan öncə, 2022-ci il sentyabrın 20-də Türkiyə Cumhurbaşqanı Recep Tayyip Erdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında “KKTC-ni tanıyın” çağırışı etdiyini xatırladıb.
Z.Töre TDT-yə müşahidəçi üzvlüyün özülünün möhkəm olması üçün müvafiq addımlar atıldığını, bu istiqamətdə 5 türk dövləti ilə dostluq qrupu yaratmaq qərarına gəldiklərini ifadə edib. Parlamentin sədri, eyni millətin insanları olaraq Məclisdə bu addımı atdıqlarını bildirib.
Açıqlamada yaradılan dostluq qrupu çərçivəsində müxtəlif təmasların, xüsusilə bir sıra səfərlərin başlayacağı qeyd edilib: “Kıbrıs türk xalqı olaraq arzuların gerçəkləşdiyini görmək sevindiricidir. İndi federasiya əvəzinə iki dövlətli həll modelini tətbiq etməyin vaxtıdır. KKTC milli dövlət olaraq yoluna davam edəcək. Adada sülh hökm sürür. Sülhün adı Türkiyə, Türk Ordusu və KKTC Dövlətidir”.
Z.Töre zəmanətlərdən, anavətən Türkiyədən, suverenlik və azadlıqdan əl çəkməyəcəklərini vurğulayaraq, “Yaşasın türk birliyi” deyib.