Press "Enter" to skip to content

Səfir etimadnamələrin surətini təqdim edib

Səfir Ruslan Rzayev (solda) və Kubanın xarici işlər naziri Elio Eduardo Rodriqez Perdomo

BAYRAQDAR MEDİA – Yanvarın 5-də Azərbaycanın Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnamələrin surətini bu ölkənin xarici işlər nazirinin müavini Elio Eduardo Rodriqez Perdomoya (Elio Eduardo Rodríguez Perdomo) təqdim edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 6-da səfirlikdən məlumat verilib.

Bildirilib ki, görüş zamanı nazir müavini Kuba hökumətinin Azərbaycanın bu ölkədə səfirlik təsis etməklə bağlı qərarını yüksək qiymətləndirdiyini qeyd edib. O, səfiri yeni təyinatı münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə həmçinin Azərbaycan və Kuba arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı iqtisadi, tibb, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.